«Elmlər Akademiyası» metro stansiyasında keçidin platformaya birləşdirilməsi yekunlaşıb

«Elmlər Akademiyası» metro stansiyasında keçidin platformaya birləşdirilməsi yekunlaşıb
# 04 mart 2014 14:00 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı Metropoliteninin dərin özüllü stansiyalarından biri olan «Elmlər Akademiyası»nın ikinci giriş-çıxışının tikintisi ilə bağlı aparılan qazıntı işləri yekunlaşıb. Artıq tunel tavanı sökülməklə, keçidin platformanın orta zalına tam birləşdirilməsi bitib. Bunu «APA-Economics»ə «Bakı Metropoliteni» QSC-dən bildirilib: «Hazırda stansiya tunelləri və platforma üzərində tikinti işləri aparılır».

«Burada əsas hissə stansiyanı elektrik enerjisi ilə təchiz edən yarımstansiya və relexanalardır. Onlar metronun aşağı hissəsində yerləşdiyindən, hazırda onların yuxarı səviyyəyə köçürülməsi işləri aparılır», - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, «Elmlər Akademiyası» stansiyasında aparılan inşaat işlərinin gələn il yekunlaşacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR