Bakıda mənzildən xeyli miqdarda pul və qızıl zinət əşyaları oğurlanıb

Bakıda mənzildən xeyli miqdarda pul və qızıl zinət əşyaları oğurlanıb
# 19 fevral 2014 09:21 (UTC +04:00)

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Raman qəsəbəsində Südçülük sovxozunda qeydə alınıb.

Vaqif Süleymanova məxsus mənzildən pəncərənin şüşəsini sındırma yolu ilə 55 min manat pul və 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin tapılması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR