Gəncədə çinar ağacları pasportlaşdırılır

Gəncədə çinar ağacları pasportlaşdırılır
# 20 fevral 2014 11:00 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə yaşı çox olan çinarlar pasportlaşdırılır. Gəncə 10 saylı Ərazi Ekologiya və təbii sərvətlər şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərdə yaşı 150-ni keçən 224 çinar ağacı var. Onlardan 60 faizi, təxminən 135-i pasportlaşdırılıb. Pasportda ağacın yaşı, diametri, hündürlüyü kimi məlumatlar qeyd edilir. İdarədən bildirilib ki, pasportların əhəmiyyəti çinar ağaclarının qorunması baxımından çox önəmlidir. Hər hansı bir səbəbdən ağacda fəsadlar yaranarsa, dərhal aidiyyatı qurumlara məlumat verilir.

Şöbədən bildiriblər ki, Gəncə və onun ətrafında olan çinar ağaclarından ən qədiminin 1500 il yaşı var. Bu ağac Samux rayonu ərazisində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR