Pakistan XİN: İran hərbçilərinin Pakistan ərazisində əməliyyat keçirməsi üçün heç bir icazə yoxdur

Pakistan XİN: İran hərbçilərinin Pakistan ərazisində əməliyyat keçirməsi üçün heç bir icazə yoxdur
# 19 fevral 2014 09:52 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran hərbçilərinin Pakistan ərazisində əməliyyat keçirməsi üçün heç bir icazə yoxdur”. APA-nın “əl-Ərəbiyyə” telekanalının fars redaksiyasına istinadən verdiyi məlumata görə, bununla bağlı Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Sənəddə qeyd olunub ki, İran tərəfinin bu cür addımları beynəlxalq hüquq normalarının pozulmasına gətirib çıxaracaq: “Hazırda Pakistan ərazisində İranın girov götürülmüş sərhədçilərinin mövcudluğunun şahidi deyilik. Hər iki ölkə beynəlxalq sərhədləri daxilində bir-birinə hörmət etməlidir”.

Qeyd edək ki, İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlı iranlı sərhədçilərin “Ceyşül-Ədl” silahlı qruplaşması tərəfindən girov götürülməsi səbəbindən Pakistana və İrana qoşun yeridiləcəyi ehtimalından danışıb. Onun sözlərinə görə, rəsmi Tehran artıq İslamabad və Kabildən iranlı sərhədçilərin qaytarılması üçün səylər göstərməsini istəyib: “Əks təqdirdə, İran sərhədyanı zonaya öz qoşunlarını yeritmək hüququndan istifadə edə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR