Bakıda “Mercedes” markalı 2 avtomobil toqquşub, qadın sürücü xəsarət alıb - FOTOSESSİYA

Bakıda “Mercedes” markalı 2 avtomobil toqquşub, qadın  sürücü xəsarət alıb  - <span style="color: red;">FOTOSESSİYA
# 17 fevral 2014 22:24 (UTC +04:00)

APA-nın məlumatına görə, Ə. Haqverdiyev küçəsindən üzü Mətbuat prospektinə doğru hərəkət edən "90 HL 400" dövlət nömrə nişanlı "Mercedes Benz ML" markalı avtomobil geriyə dönmək üçün yol ayrıcına yaxınlaşan zaman arxadan sürətlə hərəkət edən "90 DD 065" nömrəli "Mercedes Benz Galenvagen" ona çırpılıb. Qəzanın təsirindən "Mercedes Benz ML" yoldan çıxıb. Avtomaşının qadın sürücüsü xəsarət alıb. "Mercedes Benz Galenvagen" isə Ə. Haqverdiyev küçəsi 22 ünvanında yerləşən mağazaya çırpılıb.

Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəlib.

Yol Polisinin Yasamal Rayon Şöbəsindən APA TV-yə verilən məlumata görə, şəhər kameraları vasitəsilə qəzada hansı sürücünün günahkar olduğu müəyyən olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR