Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın tikintisinə vəsait ayrılıb

Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın tikintisinə vəsait ayrılıb
# 11 fevral 2014 16:45 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə yeni teatr binasının tikintisi uçun vəsait ayrılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə məlumatı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin göstərişi ilə ilkin mərhələdə Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın tikintisinə 3 milyon manat vəsait ayrılıb. E.Vəliyev qeyd edib ki, hazırda mütəxəssislər yeni binanın tikintisi üçün yer seçimi aparırlar. İcra başçısı yeni teatr binasının əvvəlki binanın yerində - Mirzə Abbas Abbaszadə küçəsində tikiləcəyin də istisna etməyib.

Qeyd edək ki, prezident İlham Əliyev Gəncə şəhərinə səfəri zamanı bir sıra mədəniyyət ocaqlarının açılışında iştirak edib və görülən işləri bəyənib. Prezident Gəncədə daha bir mədəniyyət ocağının - Dövlət Dram Teatrının tikintisi üçün göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR