Azərbaycan prezidenti Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun açılışında iştirak edib - FOTOSESSİYA - VİDEO

Azərbaycan prezidenti Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 26 dekabr 2013 09:48 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, əvvəlcə dövlət başçısı Bilgəh-Novxanı-Xırdalan avtomobil yolunda qovşaqların və piyada keçidlərinin tikintisini əks etdirən plana baxıb.

Prezident yenidən qurulan Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun texniki göstəriciləri ilə tanış olub.

Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, birinci texniki dərəcəli dördzolaqlı yolun hərəkət hissəsinin eni 15 metrdir. Yenidənqurma işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində aparılıb.

Prezident İ. Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR