Suraxanıda baş verən yol qəzasında ölənlərin hamısının şəxsiyyəti müəyyənləşib - FOTOSESSİYA - VİDEO - YENİLƏNİB

Suraxanıda baş verən yol qəzasında ölənlərin hamısının şəxsiyyəti müəyyənləşib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 04 iyun 2014 07:35 (UTC +04:00)

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə Zığ yolunda “Hyundai” və ”Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində ölən şəxslərin 1973-cü il təvəllüdlü Eyyub Mustafayev, 1973-cü il təvəllüdlü Rüfət Cəfərov və 1977-ci il təvəllüdlü Ramin İbrahimov olması müəyyən edilib. Qəza nəticəsində xəsarət alan, 1986-cı il təvəllüdlü Aqşin Hüseynov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

02:40

Bakı. Fərahim Qasımov-APA. Paytaxtın Suraxanı rayonunda 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır qəza baş verib.

APA-nın məlumatına görə, Zığ qəsəbəsi yolunda “Hyundai” və ”Mercedes” markalı minik avtomobilləri toqquşub. Ağır qəza nəticəsində avtomobillər deformasiyaya uğrayıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə “Hyundai” markalı avtomobildə olan yaralı sərnişini çıxarıblar. O, Təcili Tibbi Yardım Stansiyası ilə xəstəxanaya çatdırılıb.

“Hyundai” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Mustafayev Eyyub Yaqub oğlunun və “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan 2 sərnişinin cəsədləri avtomobildən çıxardaraq hüquq mühafizə orqanları əməkdaşlarına təhvil verilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR