Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 1,4% enib

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 1,4% enib
# 27 mart 2014 06:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 16 269 bəndədək, S&P 500 0,7% - 1 853 bəndədək, Nasdaq 1,4% - 4 174 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərinin enməsi müsbət makroiqtisadi göstəricilərə baxmayaraq baş verib. Belə ki, fevralda uzunmüddətli istifadə mallarının sifarişləri və xidmət sahəsində işgüzarlıq indeksinin artımı baş verib, lakin bir sıra iri yüksək texnoloji şirkətlərin qiymətli kağızlarının mənfi dinamikası ümumi bazara mənfi təsir göstərib.

Avropa fond bazarlarında martın 26-da FTSE 100 indeksi 0,01% - 6 605 bəndədək, Almaniya DAX-ı 1,0% - 9 449 bəndədək, Fransa CAC-40-ı isə 0,9% - 4 385 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 303,90 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3791 dollar (-0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR