ARDNŞ-in Gürcüstan nümayəndəliyində Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan tələbələrlə görüş keçirilib - FOTOSESSİYA

ARDNŞ-in Gürcüstan nümayəndəliyində Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan tələbələrlə görüş keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 18 fevral 2014 23:52 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədovun Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin ofisində təşkil olunan görüşdə 100-dən çox tələbə iştirak edib. Görüşü Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) rəhbəri Fazil Həsənov açaraq tələbələrə verilən təqaüd proqramı haqqında, onların təhsildə əldə etdiyi uğurlar və təhsil zamanı qarşıya çıxan problemlər barədə ətraflı məlumat verib: “Təqaüd proqramının mahiyyəti ancaq azərbaycanlı tələbələrə yardım xarakteri daşıyır. Son illər Gürcüstanın ali təhsil ocaqları Boloniya təhsil sisteminə qoşulduğuna görə, gələcəkdə tələbələrin diplomları Avropa tərəfindən də tanınacaq. Bu il kriteriyalar başqa cürdür. Yaxın gələcəkdə təhsildə 75 baldan yuxarı bal toplayanlar təqaüd alacaqlar. Məqsədimiz odur ki, təhsilin keyfiyyəti yüksək olsun”.

Tədbirdə çıxış edən ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov azərbaycanlı tələbələrlə ikinci dəfə görüşdüyünü bildirib: “Təqaüd proqaramının təşəbbüskarı ARDNŞ-in Bakı rəhbərliyidir. Biz çalışırıq ki, ARDNŞ-in rəhbərliyi tərəfindən qarşımıza qoyulan tapşırıqları Gürcüstan şəraitində daha şərəflə yerinə yetirək. Məqsədimiz odur ki, tələbələr yaxşı oxuyub Gürcüstan cəmiyyətinə inteqrasiya olsun, eyni zamanda gürcü dilini öyrənməklə Azərbaycan dilini də yaddan çıxartmasınlar. Hesab edirəm ki, Azərbaycanın dövlət qurumları da bu proqrama qoşulacaq. Fikirimcə, indi 110 nəfər təqaüd alırsa, ola bilsin ki, gələcəkdə bu rəqəm artacaq. Bu gün biz artıq 841-nəfər tələbənin təhsil haqqını ödəyirik”, M. Məmmədov bildirib.

ARDNŞ-in Gürcüstan rəhbəri ARDNŞ-in 6-cı ildir ki, Gürcüstanda ən yüksək vergiödəyici bir şirkət olduğunu bildirib: “Gürcüstanda ən böyük investisiya proqramını biz həyata keçiririk. Biz bu ölkədə ən ağır sahə olan qazlaşdırma prosesini öhdəmizə götürmüşük. ARDNŞ Gürcüstan ərazisində sponsorluq fəaliyyətini də həyata keçirir. Biz ayrı-seçki olmadan bütün dini konvensiyalara qaz veririk, eyni zamanda uşaq evlərinin kommunal xərclərini ödəyirik”.

Görüşdə Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan tələbələr çıxış edərək ARDNŞ-in Gürcüstan nümayəndəliyinə tələbələrə verilən təqaüd və təhsil haqqını ödədiyinə görə təşəkkür ediblər. Görüşdə tələbələr tərəfindən gələcəkdə Gürcüstanda Azərbaycan dilli məktəblərin müəllim kadrları ilə təmin olunması məqsədi ilə bağlı gənc kadrların yetişdirilməsinə daha çox qayğı göstərilməsi, eyni zamanda Azərbaycan mədəniyyəti və tarixi sahələrinə, musiqimizin inkişafına diqqət göstərilməsi xahiş edilib.

ARDNŞ rəhbəri qeyd edib ki, gələcəkdə tələbələrə təqaüd verilməsi üçün monitorinq komissiyası yaradılacaq.

ARDNŞ-in rəhbəri Mahir Məmmədov jurnalistlərə açıqlamasında 2006-cı ildə dövlət akkreditasiyasından keçmiş Gürcüstan ali məktəblərində etnik azərbaycanlı 17 gənc təhsil alırdısa, indi artıq o gənclərin sayı 1500-ü ötdüyünü bildirib: “Son 7-8 ildə buna nail olmaqda əsas amillərdən biri Dövlət Neft Şirkətinin Gürcüstanda təhsilə göstərdiyi qayğı və elan olunmuş proqramların mütəmadi həyata keçirilməsidir. Hal-hazırda 841 tələbənin həm hazırlıq kurslarında, o cümlədən də 4-5 illik təhsil müddətində təhsil haqqının ödənilməsini həyata keçiririk. Biz Gürcüstan Təhsil Nazirliyi ilə ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin iştirakı ilə imza atılan sənədə görə, bizə lazım olan ixtisaslar üzrə təyin olunan 25-30 istedadlı gəncin SOCAR tərəfindən təqaüd proqramının yerinə yetirilməsini həyata keçiririk. Biz gənclərin keyfiyyətli təhsil almalarını və Gürcüstan dövlətinin strukturlarında işləməyə nail olmalarını istəyirik”, M. Məmmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR