Avropa qonşuluğu siyasəti çərçivəsində Azərbaycana dair tərəqqi hesabatı martın 24-də açıqlanacaq

Avropa qonşuluğu siyasəti çərçivəsində Azərbaycana dair tərəqqi hesabatı martın 24-də açıqlanacaq
# 17 mart 2014 08:38 (UTC +04:00)

APA-nın Avropa Birliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sənəddə Avropa Komissiyası və Avropa Birliyinin ali komissarının birgə məlumatı, Avropa qonşuluğu siyasətinə daxil olan hər bir ölkənin gördüyü işlərə dair 12 hesabat, habelə “Şərq tərəfdaşlığı” və Aralıq dənizi ölkələri ilə bağlı iki regional hesabat yer alacaq.

Sənəddə iqtisadi və siyasi islahatlarla bağlı vəziyyət əks olunub.

Qeyd edək ki, Avropa qonşuluğu siyasəti proqramına 2004-cü ildə start verilib. Bura 16 ölkə, o cümlədən Azərbaycan daxildir.

2009-cu ildə isə Avropa Birliyi “Şərq tərəfdaşlığı” proqramının icrasına başlayıb. Proqram Avropa Birliyinin Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusla yaxınlaşmasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR