Avropa İttifaqı Krımda keçirilən referendumun nəticələrini tanımayacaq - VİDEO

Avropa İttifaqı Krımda keçirilən referendumun nəticələrini tanımayacaq - <span style="color: red;">VİDEO
# 16 mart 2014 12:58 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı (Aİ) Krımda keçirilən referendumun nəticələrini tanımayacaq.

APA TV-nin xəbərinə görə, bu barədə qurumun Ukrayna nümayəndəliyinin "facebook" səhifəsində yazılıb: "Bu referendum qeyri-konstitusiondur və orada Avropa İttifaqının heç bir müşahidəçisi yoxdur. Bu müddətdə Krımda olan və "referendum"a şərh verən Avropa İttifaqı vətəndaşları qurumu təmsil etmirlər".

Martın 16-da Krımda başlayan "referendum"un legitimliyini dünyada yalnız Rusiya, Suriya, Venesuela və Şimali Koreya tanıyıb.

Almaniya Federativ Respublikasının xarici işlər naziri Valter Ştaynmayer Rusiyanı Krım münaqişəsi ilə bağlı mövqeyini dəyişməyə çağırıb: “Əgər Rusiya son anda güzəştə getməzsə, biz, Avropa İttifaqı xarici siyasət idarələri rəhbərlərinin növbəti gün keçiriləcək iclasında lazımi cavab verəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR