AŞPA sədri: “Azərbaycan prezidenti yay sessiyasında çıxış edəcək” - VİDEO

AŞPA sədri: “Azərbaycan prezidenti yay sessiyasında çıxış edəcək” - <span style="color: red;">VİDEO
# 07 aprel 2014 11:38 (UTC +04:00)

APA-nın Avropa müxbiri xəbər verir ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi ilə bağlı suala cavab verən xanım Brassör bu sədrliyin həm Azərbaycan, həm də Avropa Şurası üçün olduqca vacib olduğunu bildirib: “Bu sədrlik eyni dərəcədə Azərbaycan üçün və təşkilatımız üçün o qədər də asan keçməyəcək. Çünki ortada aydınlıq gətirməmizə ehtiyac olan bir çox məsələlər var. Mən assambleyadakı ənənəmizə sadiq qalaraq Azərbaycanın Avropa Şurasındakı sədrliyi zamanı keçirəcəyimiz ilk sessiyamıza Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi dəvət etmişəm. Azərbaycan prezidenti də öz növbəsində bu dəvətimizi qəbul edib. AŞPA-nın iyun ayında keçiriləcək növbəti yay sessiyasında İlham Əliyevin assambleya qarşısında çıxışı gözlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR