Zakir Həsənov Rusiyanın Sverdlovsk vilayətinin qubernatorunu qəbul edib

Zakir Həsənov Rusiyanın Sverdlovsk vilayətinin qubernatorunu qəbul edib
# 13 mart 2014 15:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Sverdlovsk vilayəti ilə ölkəmiz arasında mövcud olan uzunmüddətli dostluq əlaqələri müzakirə edilib, regiondakı hərbi-siyasi vəziyyət və Rusiya-Azərbaycan ikitərəfli əməkdaşlığı məsələləri barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR