Azərbaycan təmsilçisi "Planet of Talents”də “QRAN-PRİ” mükafatına layiq görülüb - FOTO

Azərbaycan təmsilçisi "Planet of Talents”də “QRAN-PRİ” mükafatına layiq görülüb - <span style="color: red;">FOTO
# 13 may 2013 09:01 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Rusiyada "Planet of Talents" (İstedadlıların Planeti) adlı beynəlxalq müsabiqə keçirilib.

APA-nın xəbərinə görə, müsabiqədə Azərbaycanı 11 yaşlı Əli Muradov təmsil edib. “Akademik vokal” nominasiyası üzrə 9-12 yaş qrupunda iştirak edən Ə.Muradov “QRAN-PRİ” mükafatına layiq görülməklə yanaşı, ən parlaq çıxışına və səhnə mədəniyyətinə görə xüsusi təşəkkürnamə ilə təltif olunub.

Beş min nəfərə yaxın iştirakçının qatıldığı müsabiqədə müxtəlif ölkələrdən - Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Koreya, Ermənistan daxil olmaqla 50 ölkə təmsil olunub. Müsabiqə iştirakçılarının ifa etdiyi əsərləri Rusiyanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti qiymətləndirib.

Əli Muradov müsabiqədən sonra öz təəssüratlarını bölüşüb: “Beş minə yaxın iştirakçının hamısı istedadlı uşaq və gənclər idi. Belə rəqiblərlə mübarizə aparmağın çətin olduğunu öncədən bilirdim. Amma buna baxmayaraq, qarşıma bir məqsəd qoymuşdum ki, səhnədə bir daha Azərbaycan bayrağını qaldırım və müsabiqədə iştirak edən digər millətlərə, o cümlədən ermənilərə nəyə qadir olduğumuzu sübut edim. Amma “QRAN-PRİ” mükafatına layiq olacağımı gözləmirdim. Bu mükafata beş min nəfər arasında yalnız mən layiq görüldüm. Bu uğurumuza ermənilərin qısqanclığını onların gözlərindən və hərəkətlərindən hiss etməmək mümkün deyildi”.

Qeyd edək ki, Ə.Muradov Rusiyanın Qızıl Fonduna adı düşən ilk azərbaycanlıdır. O, Rusiyanın Novosibirsk vilayətinin qubernatoru Vasili Yurçenko tərəfindən Qubernator təqaüdünə layiq görülüb. Bu yaxınlarda isə İspaniyanın Lloret De Mar şəhərində skripka üzrə keçirilən beynəlxalq əhəmiyyətli “El festival De Mar Y Sol” festivalında I dərəcəli laureat diplomu ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR