ATƏT-in Bakı ofisinin rəhbəri Gəncəyə səfər edəcək

ATƏT-in Bakı ofisinin rəhbəri Gəncəyə səfər edəcək
# 14 may 2013 11:28 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay mayın 15-də Gəncə şəhərinə səfər edəcək. APA-nın ATƏT–in rəsmi “Facebook” səhifəsinə istinadən verdiyi xəbərə görə, iki günlük səfər zamanı K. Tarqay Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər Polis İdarəsinin rəisi Faiq Şabanovla görüşəcək.

Bundan başqa, səfir Gəncədə ATƏT-in dəstəyi ilə fəaliyyət göstərən Hüquq Resurs Mərkəzinə baş çəkəcək və orada vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşəcək. ATƏT-lə əməkdaşlıq məsələləri görüşlərin əsas müzakirə obyekti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR