Azərbaycanda məişət tullantılarında silah və sursatlar aşkarlanıb

Azərbaycanda məişət tullantılarında silah və sursatlar aşkarlanıb
# 13 mart 2014 14:26 (UTC +04:00)

Şirkətin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən il ərzində Balaxanı Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunda bir neçə dəfə müxtəlif silah və sursatlar aşkarlanıb, müvafiq polis orqanlarına təhvil verilib.

Balaxanı poliqonunda «Təmiz Şəhər»in əməkdaşları tərəfindən 3 ədəd tapança, 1 ədəd fişəng, 5 ədəd müxtəlif növdə mərmi, 40 müxtəlif növ və ölçüdə patron aşkarlanıb və 13 mart tarixində aktlaşdırılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təhvil verilib.

Oxşar vəziyyət yanvarın 29-da və fevralın 13-də baş verib, nəticədə 1 ədəd patron, 1 ədəd mərmi və 1 ədəd tapança tapılaraq polis orqanlarına təhvil verilib.

Qeyd edək ki, «Təmiz Şəhər» ASC-yə təhvil verilmiş tullantıların tərkibindən son 9 ay ərzində 32 adda 1 600 ədəd hərbi sursat və silahlar aşkarlanıb. Cəmiyyətin «Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə Təlimat» adlı daxili təlimat qaydalarına uyğun olaraq aşkarlanmış bütün silah və hərbi sursatlar və digər kriminal xarakterli hallarla bağlı Daxili İşlər Nazirliyi ilə birgə iş aparılır, minalar isə Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) təhvil verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR