Azərbaycan Müdafiə Nazirliyi: Erməni hərbçi Azərbaycan tərəfindən vurulmayıb

Azərbaycan Müdafiə Nazirliyi: Erməni hərbçi Azərbaycan tərəfindən vurulmayıb
# 21 may 2014 12:50 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. İşğal olunmuş Dağlıq Qarabağda, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni hərbçi güllə yarası alaraq ölüb. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Artur Oqancanyan adlı əsgər təmas xəttinin cənub istiqamətində ölümcül yaralanıb. Separatçı rejimin “Müdafiə Nazirliyi” faktla bağlı araşdırma aparılacağını açıqlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, erməni hərbçi Azərbaycan tərəfindən vurulmayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR