Balakəndə iki çörək sexi bağlanıb - FOTO - VİDEO

Balakəndə iki çörək sexi bağlanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 fevral 2014 07:43 (UTC +04:00)

Bakı – APA-Economics. Balakən rayonunda bir neçə çörək istehsalı sexində standartların tələblərinin pozulduğu aşkar edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən fiziki şəxslər Şamil Ramazan oğlu Qarayev və Saleh Mollaisa oğlu Akqubayeva məxsus çörək istehsalı sexlərində dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, antisanitariya vəziyyətində işləyən müəssisələrdə çörək istehsalı müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan aparılır. Bundan başqa, müəssisələrin məhsul nümunələrinin sınaqlarının aparılması üçün laboratoriyasının və ya akkreditasiya olunmuş hər hansı laboratoriya ilə müqaviləsinin olmadığı, sınaqların aparılmadığı aşkar edilib ki, bu da məhsulun keyfiyyətinə zəmanət verilmədiyinə sübutdur. O cümlədən, müəssisələrdə saxlanma şəraitinə əməl olunmadığı, məhsulların keyfiyyətli sabit istehsalı üçün şəraitin təmin olunmadığı müəyyən edilib.

Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərlərinə iradnamə verilib, çörəyin istehsalının və satışının qadağan edilməsi barədə tələbnamə təqdim edilib, İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri üzrə protokol tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR