Azərbaycanda qadınların 50%-ə yaxını əmək fəaliyyəti ilə məşğuldur

 Azərbaycanda qadınların 50%-ə yaxını əmək fəaliyyəti ilə məşğuldur
# 07 may 2014 15:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Azərbaycanda qadınların 49,5%-i əmək fəaliyyəti ilə məşğuldur. APA-nın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın “Heydər Əliyev və yeni cəmiyyət modeli” konfransı üçün təqdim etdiyi məruzədə qeyd olunub.

H. Hüseynova bildirib ki, qadınlar ölkə iqtisadiyyatının bütün sahələrində çalışırlar. Son illərdə qadınların sahib olduğu müəssisələrin sayının artdığının müşahidə olunduğunu deyən komitə sədrinin sözlərinə görə, hazırda statistik vahidlərin Dövlət registrində qeydə alınan sahibkarların xüsusi çəkisi 17%-ə çatıb. O qeyd edib ki, qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına xidmət edir.

H. Hüseynova əlavə edib ki, Azərbaycanda qadınların ictimai fəallığının qısa müddət ərzində hərəkat kimi formalaşması Heydər Əliyev siyasəti nəticəsində özünün yüksək mərhələsini yaşayıb və bu gün də davam etdirilir: “Əgər 90-cı illərin əvvəlində bir neçə qadın təşkilatı var idisə, sonralar həm qadın QHT-nin, həm də rəhbəri qadın olan QHT-lərin sayı artıb. Hazırda təkcə 200 qadın təşkilatı fəaliyyət göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR