Azərbaycana gətirilən avtomobillərin sayı azalıb

Azərbaycana gətirilən avtomobillərin sayı azalıb
# 17 mart 2014 10:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycana 13 162 ədəd avtomobil idxal olunub.

«APA-Economics»in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 929 maşın və ya 6,6% azdır.

Belə ki, ölkəyə gətirilən avtomobillərin 56 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 11 998 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 029 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 79 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR