Azərbaycan prezidenti irlandiyalı həmkarına təbrik məktubu göndərib

Azərbaycan prezidenti irlandiyalı həmkarına təbrik məktubu göndərib
# 15 mart 2014 12:41 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev İrlandiya prezidenti Maykl Higginsə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “İrlandiyanın milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-İrlandiya əlaqələri daha da inkişaf edərək ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcək.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR