Bosniyada nümayişçilər hökumət binalarını yandırıblar

Bosniyada nümayişçilər hökumət binalarını yandırıblar
# 07 fevral 2014 17:29 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, iğtişaşlar əsasən paytaxt Sarayevo və Tuzla şəhərində baş verir. Burada polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edir.

Tuzla şəhərində hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı 130-dan çox insan xəsarət alıb.

Etirazlara səbəb ölkədəki ağır sosial vəziyyət olub. Bosniyada işsizliyin səviyyəsi 40 faiz təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR