Azərbaycan və BMT ikitərəfli əlaqələri genişləndirmək niyyətindədir - FOTO

Azərbaycan və BMT ikitərəfli əlaqələri genişləndirmək niyyətindədir - <span style="color: red;">FOTO
# 21 aprel 2014 08:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruku qəbul edib.

Görüşdə Azərbaycanın BMT-nin bir sıra proqram və ixtisaslaşmış qurumları - İnkişaf Proqramı (UNDP), Sənaye İnkişaf Təşkilatı (UNİDO), eləcə də İnkişafa Yardım üzrə Çərçivə Sənədi (UNDAF) çərçivəsində mövcud əlaqələri və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Ölkəmizin BMT ilə əlaqələrini yüksək qiymətləndirən Ş. Mustafayev bu əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini qeyd edib, 2016-2020-ci illəri əhatə edən növbəti UNDAF-ın hazırlanması üçün rəhbər komitənin təsis edilməsinin, işçi qruplarının yaradılmasının və seminarın keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Nazir yeni UNDAF-ın prioritetlərinin “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəfləri ilə uzlaşdırılmasının ölkəmizə dəstək olacağını bildirib, BMT-nin Minilliyin İnkişafı Məqsədləri üzrə Azərbaycanın əldə etdiyi nəticələr – yoxsulluğun azalması, ekologiya sahəsində həyata keçirilən tədbirlər və s. barədə məlumat verib.

Ş. Mustafayev qeyd edib ki, 2014-cü il Azərbaycanda “Sənaye ili”dir və bu çərçivədə BMT-nin UNİDO təşkilatı ilə əməkdaşlıq həyata keçirilə bilər.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi isə Azərbaycan və BMT arasında həyata keçirilən proqramlar, UNDAF çərçivəsində əməkdaşlıq, UNİDO ilə əlaqələrlə bağlı fikirlərini bölüşmüş, əməkdaşlıq imkanlarına dair məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR