Kənd təsərrüfatı naziri Cəlilabadda vətəndaşları qəbul edib - FOTO

Kənd təsərrüfatı naziri Cəlilabadda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 18 aprel 2014 13:29 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Aprelin 18-də Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov Cəlilabad Olimpiya İdman Kompleksində Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edib. APA-nın cənub bürosunun məlumatına görə, 80-dən çox vətəndaşın iştirak etdiyi qəbul zamanı nazirə ünvanlanan müraciətlərdə kənd təsərrüfatı məhsulları istehsalı prosesində qarşıya çıxan problem və çətinliklərin həlli ilə bağlı məsələlər, lazımi texnikanın çatışmazlığı, subsidiyaların verilməsi, suvarma sistemlərinin modernləşdirilməsinə dair ilə təkliflər üstünlük təşkil edib.

Vətəndaşları narahat edən bir sıra məsələlər yerindəcə həllini tapıb. Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətinə aid olmaya müraciətlər isə müvafiq qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR