AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib
# 05 mart 2014 10:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, tədbirdə institutun direktoru İlham Məmmədzadə “M.Ə.Rəsulzadə irsi və azərbaycançılıq ideologiyası” adlı məruzə ilə çıxış edərək, ictimai-siyasi xadimin istiqlal və müstəqillik ideyalarının inkişafında, milli dövlətçilik şüurunun formalaşmasında böyük xidmətləri olduğunu vurğulayıb. O, Rəsulzadə irsinin toplanması, tədqiqi və təbliği istiqamətində geniş elmi işlər aparıldığını nəzərə çatdırıb.

Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi Müstəqil Ağayev “M.Ə.Rəsulzadə irsində elm, maarif və mədəniyyət məsələləri” adlı məruzəsində onu elm, maarif və mədəniyyətin əsas təbliğatçısı kimi qiymətləndirdiyini bildirib. O qeyd edib ki, Rəsulzadə məqalələrində azad mətbuat, tədrisin ana dilində aparılması, müəllim kadrlarının hazırlanması istiqamətində problemlərin işıqlandırılmasına daha çox yer ayırıb.

Politologiya və siyasi sosiologiya şöbəsinin aparıcı elmi işçisi Əli İbrahimov M.Ə.Rəsulzadənin ideya irsində istiqlal və istiqbal məsələlərinə toxunub, onu Şərqdə demokratik ideyaların carçısı hesab etdiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR