ABŞ-da yer sürüşməsi nəticəsində ölənlərin sayı 24-də çatıb

ABŞ-da yer sürüşməsi nəticəsində ölənlərin sayı 24-də çatıb
# 26 mart 2014 04:09 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Vaşinqton ştatında martın 22-də baş vermiş yer sürüşməsi nəticəsində ölənlərin sayı 24-ə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 14 nəfərin öldüyü və 176 nəfərin itkin düşdüyü bildirilirdi.

Qeyd edək ki, təbii fəlakətlə bağlı ABŞ prezidenti Barak Obama Vaşinqton ştatında fövqəladə vəziyyət elan edib. Fərman xilasetmə tədbirlərin əlaqələndirilməsi və zərərçəkmiş ərazilərdə sakinlərə yardım göstərilməsini nəzərdə tutur.

Xatırladaq ki, martın 22-də Sietl şəhəri yaxınlığında şiddətli yağışlardan sonra baş vermiş sel axını kiçik balıqçı qəsəbəsini tam dağıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR