Azərbaycanda neft məhsulları istehsalı 11% azalıb

Azərbaycanda neft məhsulları istehsalı 11% azalıb
# 19 mart 2014 08:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı müəssisələri tərəfindən istehsalın həcmi 419,1 mln. manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9% azalıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk iki ayı ərzində 198,1 min ton avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,6% azdır.

Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 47,8% azalaraq 15,1 min ton təşkil edib. Bu müddət ərzində 115,8 min ton ağ neft istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır.

Bu il ərzində dizel yanacağının istehsalı 15,9% azalaraq 372,1 min olub. Yanvar-fevral ayları ərzində Azərbaycanda neft bitumunun istehsalı da ötən ilin analoji dövrünə nisbətdə 12,4% azalaraq 42,3 min ton təşkil edib.

Hesabat dövründə təkcə sürtgü yağlarının istehsalı 28,8% artaraq 7,6 min ton olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR