Gəncədə mağazadan oğurluq edilib

Gəncədə mağazadan oğurluq edilib
# 08 aprel 2014 09:44 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə ərzaq mağazasından danışıq kartları oğurlanıb. Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Şəddadilər küçəsində yerləşən marketin sahibi İlham Qurbanov Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, aprelin 7-də gecə saatlarında naməlum şəxs və ya şəxslər marketin şüşədən olan giriş qapısını daşla sındırıb içəri daxil olub, nəzarət kassa aparatının altında olan qutudan 280 manat dəyərində NAR, SİM və CİN danışıq kartlarını götürüblər.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR