Uqandada gəminin qəzaya uğraması nəticəsində azı 19 nəfər ölüb, 32 nəfər itkin düşüb

Uqandada gəminin qəzaya uğraması nəticəsində azı 19 nəfər ölüb, 32 nəfər itkin düşüb
# 22 mart 2014 20:48 (UTC +04:00)

Bakı-APA. Uqandada Albert gölündə gəminin qəzaya uğraması nəticəsində azı 19 nəfər ölüb, 32 nəfər itkin düşüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, gəminin göyərtəsində 96 nəfər olub. Məlumata görə, gəmidə sərnişinlərin sayı normadan artıq olub, kapitanın artıq həbs olunduğu bildirilir.

Gəmidəki sərnişinlərin əksəriyyətinin Konqo vətəndaşı olduğu bildirilir.

Albert gölü Uqanda və Konqo Demokratik Respublikasının sərhədində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR