Ağcabədidə və Gəncədə təbii qaz sızmasından partlayış olub, xəsarət alanlar var

Ağcabədidə və Gəncədə təbii qaz sızmasından partlayış olub, xəsarət alanlar var
# 11 fevral 2014 10:22 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda yaşayış evlərində baş verən partlayışlar nəticəsində iki nəfər xəsarət alıb. APA-nın Daxili İşlər Nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 10-da saat 11 radələrində Ağcabədi rayonunun Xocavənd kənd sakini Novruz Kərimovun həyətindəki hamamda təbii qazın sızmasından partlayış baş verib. Hamamın divarının bir hissəsi uçub, yanıq xəsarəti almış N. Kərimov xəstəxanaya yerləşdirilib.

Fevralın 10-da saat 09 radələrində isə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yaşayan Qərənfil Hüseynovanın mənzilində təbii qazın sızmasından partlayış baş verib. Yanıq xəsarəti almış Q.Hüseynova xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR