Afinada həbs edilən Türkiyə vətəndaşları terrorçuluqda ittiham olunurlar

Afinada həbs edilən Türkiyə vətəndaşları terrorçuluqda ittiham olunurlar
# 12 fevral 2014 01:28 (UTC +04:00)

Bakı-APA. Afinada həbs edilən 4 Türkiyə vətəndaşı terrorçuluqda ittiham olunurlar. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Türkiyənin kürd mənşəli 4 vətəndaşı Yunanıstan paytaxtındakı evlərin birində saxlanılıb. Onların olduğu mənzildə silah, partladıcı qurğu, detonatorlar və üzərində İnqilabi Xalq-Azadlıq Partiyası-Cəbhəsinin (DHKP-C) emblemləri olan geyimlər aşkarlanıb. DHKP-C təşkilatı ABŞ, AB və Türkiyədə terror təşkilatlarının siyahısına daxil edilib. Bu təşkilatın həyata keçirdiyi terror aktlarının arasında ən rezonanslısı ötən il ABŞ-ın Ankaradakı səfirliyinin girişində törədilən partlayış olub.

Polisin açıqlamasında qeyd olunur ki, həbs edilən şəxslərdən biri Türkiyədə terrorçuluq ittihamı ilə axtarışdadır. Həbs edilən şəxslərin ötən yay Egey dənizində çoxlu sayda ələ keçirilmiş qaçaqmal silah-sursatla əlaqəli olduğunu araşdırmaq üçün onlardan DNT nümunələri götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR