TEAS Londonda xeyriyyə tədbirinə dəstək verib - FOTO

TEAS Londonda xeyriyyə tədbirinə dəstək verib - <span style="color: red;">FOTO
# 05 iyun 2014 11:06 (UTC +04:00)

Cəmiyyətdən APA-ya verilən məlumata görə, iyunun 3-də müsabiqənin 27-ci ildönümündə Lordlar Palatası ilə İcmalar Palatası – (Böyük Britaniya Parlamentinin yuxarı və aşağı palataları) arasında yarış keçirilib və İcmalar Palatasının komandası qalib gəlib.

BBC-nin əməkdaşı Ceremi Vaynın aparıcılığı ilə keçirilən xeyriyyə tədbiri xərçəng xəstəliklərindən əziyyət çəkənlərə tibbi yardım və onların ailə üzvlərini informasiya və maliyyə dəstəyi ilə təmin edən “Macmillan Cancer Support” adlı təşkilata yardım məqsədilə təşkil olunub. Ötənilki tədbir zamanı 135 min funt-sterlinq məbləğində vəsait toplanmışdı.

Kəndirlə dartınma idman növü Böyük Britaniyada XVI əsrdən geniş yayılmağa başlasa da, onun mənşəyi qədim Misir və Çinə gedib çıxır. İndi o, İngiltərə şəhərlərinin ənənəvi həyatının əsas elementlərindən biridir. Azərbaycanda bu idman növünün fərqli bir variantı geniş yayılıb - gənclər ər meydanında ad qazanmaq və igidliklərini sübut etmək üçün bir-birləri ilə təkbətək yarışırlar. Belə yarışlar adətən mart ayında baharın gəlişinin qeyd olunduğu Novruz mərasimləri zamanı baş verir.

Lordlar Palatasının spikeri Lady D’ Souza öz çıxışında aşağıdakıları bildirib: “Burada olan insanların çox az hissəsinin xərçəng xəstəliyinin təsirinə bu və ya digər formada məruz qalma ehtimalı var, bəzilərinin ya dostları, ya qohumları, bəzilərinin isə hətta özləri bu xəstəliyə tutulublar. Bu xəstəlik zamanı diaqnoz və müalicələr uzun zaman qorxu və həyəcana səbəb olur və insanlarda cavablandırılması zəruri olan çoxlu suallar yaranır ki, bəzən onlar çox nadir hallarda bu sualların cavabını alırlar. Mən özüm şəxsən “Macmillan”ın tibb bacılarının xidmətini görmüşəm və onların göstərdiyi xidmət kimi ikincisinə heç bir yerdə rast gəlməyəcəyinizə zamin dururam. Onlar insanların ehtiyac duyduqları cənnəti təmin edirlər, həqiqətən dən onların işi çox qiymətlidir”.

“Macmillan Cancer Support” təşkilatının icraçı direktoru Ciaran Devane isə aşağıdakıları söyləyib: “Mən bütün sponsorlarımıza təşəkkür edirəm. “Macmillan” davamlı şəkildə həm Lordlar, həm də İcmalar Palatasının üzvləri ilə sıx əməkdaşlıq əlaqəsində olub. Onlar bizim üçün gərgin əmək sərf edirlər və bizi dəstəkləmək üçün vaxtlarını ayırırlar. Seçkilərdən sonra yeni parlament təşkil olunacaq və onun davam etdiyi müddətdə xərçəng xəstəliyinin 25 faiz artacağı gözlənilir. Belə ki, insanlar yaşa dolduqca risk də artır. Bizim yeni və yenidən seçilən deputatların dəstəyinə ehtiyacımız olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR