Təhsil Nazirliyi 15 nəfər şagirdi olan siniflərlə bağlı məsələyə aydınlıq gətirib

Təhsil Nazirliyi 15 nəfər şagirdi olan siniflərlə bağlı məsələyə aydınlıq gətirib
# 18 noyabr 2013 11:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi orta məktəblərin bir sinfində 15 nəfər şagird olduğu halda həmin siniflərin bağlanılmalı və ya paralel sinfə birləşdirilməli olması barədə səslənən suallara aydınlıq gətirib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Zəruri hallarda mövcud qanunvericiliyin tələbləri gözlənilməklə siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər. Bununla yanaşı, Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” qərarında qeyd olunub ki, bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda mövcud şagird sayı ilə sinif təşkil edilməsinə yol verilir. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR