Meksikada fermaların birində onlarla insan cəsədi aşkarlanıb

Meksikada fermaların birində onlarla insan cəsədi aşkarlanıb
# 31 yanvar 2014 02:33 (UTC +04:00)

Bakı-APA. Meksikanın Koauila ştatında polis fermaların birinin ərazisində onlarla insan cəsədlərinin qalıqlarını aşkarlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, cinayətkarlar öldürülmüş insanların cəsədlərini yandırmaqla qətl faktlarını gizlətməyə çalışıblar. Hadisə yerində cəsədlərin qalıqları, güllə izləri olan paltarlar, yüzlərlə güllə gilizləri və cəsədlərin yandırılması üçün istifadə edilmiş dəmir çənlər aşkarlanıb.

Məlumata görə, qeyd olunan ferma yerli cinayətkar qrupunun nəzarəti altında olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR