Avropa Birliyi “Şərq Tərəfdaşlığı” ölkələrinin sərhədyanı regionlarının əməkdaşlığını möhkəmləndirmək üçün 12,5 milyon avro vəsait ayırıb

Avropa Birliyi “Şərq Tərəfdaşlığı” ölkələrinin sərhədyanı regionlarının əməkdaşlığını möhkəmləndirmək üçün 12,5 milyon avro vəsait ayırıb
# 18 iyun 2013 20:48 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. “Avropa Birliyi (AB) Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Ukrayna, Moldova - “Şərq Tərəfdaşlığı” ölkələrinin sərhədyanı regionlarının əməkdaşlığını möhkəmləndirmək üçün həyata keçiriləcək proqram üçün 12,5 milyon avro vəsait ayırıb”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə AB-in dəstəyi ilə Marneulidə “Şərq Tərəfdaşlığı ölkələrinin ərazi əməkdaşlıq proqramı” çərçivəsində region jurnalistləri ilə keçirilən görüşdə Avropa Birliyinin eksperti Tatyana Derevyankina bildirilib. O, çıxışında proqramın 2014-cü ilin yanvarında müsabiqə yolu ilə 2 il müddətinə həyata keçiriləcəyini bildirib.

Tədbirdə Rustavidən, Zalqadan, Marneulidən gələn jurnalistlər, qəzet redaktorları, televiziya müxbirləri iştirak edib.

T. Derevyankina APA-ya açıqlamasında AB-nin qərarına görə, proqram çərçivəsində layihələrin İqtisadi-sosial, elmi-texniki, ekologiya, turizm, maarif, biznes, kənd təsərrüfatının inkişaf etdirilməsi, mədəniyyət və digər qarşılıqlı münasibətləri əhatə edəcək layihələr həyata keçiriləcəyini bildirib: “Məqsədimiz Avropa Birliyinin qonşuları olan Şərq Tərəfdaşlığı ölkələri ilə, o cümlədən, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün iqtisadi və siyasi münasibətlərə və sülhə xidmət edən layihələr həyata keçirməkdir. Bu layihələr nəticəsində biz sərhədyanı bölgələrin əməkdaşlığına nail olmaq və bununla iqtisadiyyatın və sosial sahənin sabit inkişafına təkan vermək niyyətindəyik. Avropa sülh və inkişaf istəyir və buna çalışır. Buna görə də “Şərq Tərəfdaşlığı ölkələrinin ərazi əməkdaşlıq proqramı” çərçivəsində yerli hakimiyyət, icmalar, təşkilatlar, vətəndaş cəmiyyətləri qonşu ölkələrin regionları ilə birgə sosial və iqtisadi problemlərə aid layihələr həyata keçirəcəklər”.

Ekspert T. Derevyankina layihə çərçivəsində Marneulinin Gürcüstan-Azərbaycan-Ermənistan ölkələri arasında əhəmiyyətli region olduğunu bildirib: “Biz buna görə də buradan başlamaq qərarına gəlmişik. Proqrama görə, tərəfdaş tapmaqla həyata keçirmək üçün ümumi layihə üçün hər ölkəyə 1,8 milyon avro vəsait ayrılıb. Hər bir təşkilatın hazırladığı və bəyənilən ayrı-ayrı layihələrə onun məzmunundan və məqsədindən asılı olaraq, təxminən 250 min avro vəsait hesablanıb. Ən başlıcası odur ki, AB-nin ayırdığı vəsait sülhə, qarşılıqlı inkişaf və mədəniyyətlərarası dialoqa xidmət edəcək”, deyə AB-nin eksperti bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR