Azərbaycana qaçaqmal gətirilməsinin qarşısı alınıb - FOTO

Azərbaycana qaçaqmal gətirilməsinin qarşısı alınıb - <span style="color: red;">FOTO
# 08 oktyabr 2013 13:37 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq hallarının qarşısını alıb.

Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu günlərdə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Türkiyə Respublikasından Azərbaycana gələn Rusiya Federasiyası vətəndaşı Razakov Maqomedkamil Maqomedşapiyeviçin etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz 0303” markalı, M 976 PA 05 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, sürücünün oturacağının arxasında döşəmənin altında alətlər üçün düzəldilmiş yerdən qara polietilen torbaya bükülmüş vəziyyətdə, ümumi çəkisi təxminən 10 kiloqram olan, gümüş bağlar, qabaq sağ oturacağının üstündə yerləşən rəfdən 10 ədəd gümüşdən hazırlanmış sünbül şəklində bəzək əşyası aşkar edilərək saxlanılıb. Bundan sonra yük yerində olan yüklərə “Smiths” markalı X-RAY detektoru ilə gömrük nəzarəti həyata keçirilərkən qutularda olan ərzaq yükünün altından gümüşdən hazırlanmış 2 kq bağlar, 1983 ədəd boyunbağı, 49 dəst tana-kulon-üzük, 47 ədəd təsbeh, 41ədəd üzük, 31 ədəd bilərzik, 3 ədəd kulon və 2 cüt tana, 8 ədəd qənd qabı, 3 ədəd küpə şəklində qab və 24 ədəd stəkan gömrük nəzarətinə bəyan olunmamış şəkildə aşkar edilərək götürülüb.

Digər bir fakt isə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda aşkarlanıb.

Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, Azərbaycan Respublikası vətəndaşı Xammədov İsmayıl Abbas oğlunun idarə etdiyi “Mercedes 0303” markalı, BB 94478 dövlət nömrə nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı, ev ləvazimatları kimi bəyan olunan əşyaların arasından 5 ədəd dəyənək və 8 ədəd qandal aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR