Sabah İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri keçiriləcək

Sabah İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri keçiriləcək
# 04 mart 2014 18:23 (UTC +04:00)

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.

Onun sözlərinə görə, danışıqlar martın 5-dən 7-dək davam edəcək: “Bu müzakirələr texnikidir, ekspertlərin iclasındadır, həmçinin “altılıq” ölkələrinin hamısının mütəxəssisləri iştirak edəcəklər və martın 17-19-da İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Ketrin Eşton arasında keçirilməsi planlaşdırılan növbəti nüvə müzakirələrinə hazırlıq məqsədi daşıyır”.

Qeyd edək ki, müzakirələr Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsinin xüsusi yardımçısı Stefan Kolmentin rəhbərliyi altında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR