Xaçmazda 30 yaşlı kişi özünü bıçaqlayıb

Xaçmazda 30 yaşlı kişi özünü bıçaqlayıb
# 10 iyun 2014 07:25 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Ötən gün axşam saatlarında Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini 1984-cü il təvəllüdlü Bəkdəmirov Seymur Sabir oğlu bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

S. Bəkdəmirovun yaxınları onun sərxoş vəziyyətdə özünə xəsarət yetirdiyini bildiriblər.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR