Ukrayna müxalifəti 2015-ci ilə qədər Yanukoviçin hakimiyyətdən kənarlaşdırılmasının mümkünsüzlüyünü etiraf edib

Ukrayna müxalifəti 2015-ci ilə qədər Yanukoviçin hakimiyyətdən kənarlaşdırılmasının mümkünsüzlüyünü etiraf edib
# 23 dekabr 2013 11:31 (UTC +04:00)

Bakı – APA. Ukraynanın sabiq daxili işlər naziri, hazırda “Avromaydan”ın liderlərindən biri olan Yuri Lusenko ölkədə vaxtından əvvəl prezident seçkilərinin keçirilməsinin mümkünsüzlüyünü etiraf edib. APA-nın “Novıy Region” agentliyinə istinadən verdiyi məlumata görə, Y. Lusenko Kiyevdə aksiya iştirakçıları ilə qeyri-rəsmi söhbətində bildirib ki, müxalifətin əsas vəzifəsi 2015-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıqdır: “Vahid liderə ehtiyac var. Döyüşə birdən-birə 10 başçı ilə getməzlər. Səy göstərmək lazımdır ki, artıq birinci turda müxalifət namizədi 80% səs toplasın. Bu cür nəticəni saxtalaşdırmaq mümkün deyil”.

Qeyd edək ki, vaxtından əvvəl prezident seçkilərinin keçirilməsi “Avropmaydan” aksiyası iştirakçılarının tələblərindən biridir. “UDAR” Partiyasının lideri Vitali Kliçko seçkilərin 2014-cü ilin martında, yəni Konstitusiya ilə müəyyən edilmiş vaxtdan bir il əvvəl keçirilməsini təklif edib. Müxalifət vahid namizəd ətrafında yalnız seçkilərin ikinci turunda birləşməyə qərar verib, ilk turda isə müxalifətçilər ayrı-ayrılıqda seçkilərə qatılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR