Rusiya prezidenti Krım tatarlarının reabilitasiyası ilə bağlı fərman imzalayacaq

Rusiya prezidenti Krım tatarlarının reabilitasiyası ilə bağlı fərman imzalayacaq
# 17 aprel 2014 12:18 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu canlı yayımda vətəndaşların suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin bəyan edib.

Krım tatarlarının Stalin repressiyalarından çox əziyyət çəkdiyini deyən Putin qeyd edib ki, Krımın Rusiya Federasiyası tərkibinə daxil olması prosesi Krım-tatar xalqının haqlarının bərpası ilə paralel aparılmalıdır.

XVIII əsrdə Krım Rusiya imperiyasına birləşdirilərkən II Yekaterinanın Krım tatarlarının hüquqlarına hörmətlə yanaşılmasını nəzərdə tutan fərman imzaladığını xatırladan Rusiya prezidenti bu siyasətin davam etdiriləcəyini vurğulayıb.

“Rusiya prezidentinin Krım-tatar xalqının reabilitasiyası haqqında fərmanı hazırlanır. Özü də təkcə tatarların deyil. Stalin repressiyaları zamanı ermənilər də, almanlar da əziyyət çəkiblər”, - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR