ABŞ-ın Azərbaycandakı səfiri: “Mətbuatda haqqımda yazılanlara çox diqqət vermirəm”

ABŞ-ın Azərbaycandakı səfiri: “Mətbuatda haqqımda yazılanlara çox diqqət vermirəm”
# 18 sentyabr 2013 10:16 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Mən istərdim ki, media azadlığı və professional media ilə bağlı proqramların olması üçün əlimdən gələni edim”. APA-nın məlumatına görə, bu barədə “Seçki prosesində media etikası” tədbirində ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninstar jurnalistlər üçün treninqlərin və proqramların bərpa edilməsi ilə bağlı suala cavab verərkən deyib.

Onun sözlərinə görə, ABŞ-ın bir sıra proqramları mövcuddur, amma reallıq ondan ibarətdir ki, büdcə azalır və bu, media üçün əvvəlki illərdə etdiklərini hazırda etmək çətindir.

R.Morninqstar barəsində yazılan məlumatların diplomatik nümayəndəlik tərəfindən monitorinq olub-olunmaması haqda da danışıb: “Biz mətbuatı izləyirik, lakin spesifik olaraq mənim barədə yazılanları yox. Mən bu kimi məsələlərə çox diqqət vermirəm. Bəzən hiss edirəm ki, biz çətin vəziyyətdə qalırıq, çünki bizim dediklərimiz hökumət üçün narahatedici ola bilər və bəzən müxalifət mətbuatı üçün söylədiklərimiz onlara kifayət etmir, az kimi görünür. Ona görə düzgün balans yaratmaq çətindir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR