Səfir: “İran Azərbaycana kartof ixracına məhdudiyyət qoymayıb”

Səfir: “İran Azərbaycana kartof ixracına məhdudiyyət qoymayıb”
# 19 fevral 2014 10:43 (UTC +04:00)

APA-nın məlumatına görə, səfir jurnalistlərə açıqlamasında bildirib ki, İranda Azərbaycana kartof ixracına heç bir məhdudiyyət qoyulmayıb: “İlin bəzi fəsillərində soyuq hava şəraiti ilə əlaqədar ölkədə bəzi kənd təsərrüfatı məhsulları, o cümlədən kartofun qıtlığı yaranır. Buna görə onların qiyməti qalxır və istehsalçılar məhsullarını ixrac edə bilmirlər”.

Səfir qeyd edib ki, bu il Ərdəbildə kartofun yığımı yüksək olub: “Ümid edirəm ki, iki ay sonra yaxşı qiymətə kartof gətiriləcək. İran kartoflarının qiyməti bir az baha olsa da, digər ölkələrdən gətirilən kartoflardan daha yaxşıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR