Sumqayıt Dram Teatrının direktoru işdən çıxmaq üçün ərizə yazıb

Sumqayıt Dram Teatrının direktoru işdən çıxmaq üçün ərizə yazıb
# 14 fevral 2014 12:04 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. “Səhhətimlə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinə ərizə ilə müraciət etmişəm ki, məni vəzifəmdən azad etsinlər”.

Bunu APA-ya açıqlamasında Sumqayıt Dram Teatrının direktoru Mehman Şükürov deyib.

Onun sözlərinə görə, nazirlik müraciətə hələlik baxmayıb: “Son vaxtlar təzyiqdən və ürək ağrılarından əziyyət çəkirəm. Bu, işimə mane olurdu. Ona görə vəzifəmdən azad olunmaqla bağlı nazirliyə müraciət etdim. Hələlik təsdiq olunmayıb, amma gözlənilir ki, bu günlərdə rəsmi şəkildə vəzifədən azad olunacağam”.

M. Şükürov əlavə edib ki, onu hələlik direktor müavini Vidadi Məmmədov əvəz edir: “Hazırda teatrda yaradıcı mühit davam edir. Bu ay Valeh Kərimovun hazırladığı “Molla İbrahimxəlil Kimyagər” tamaşasının premyerası olacaq. Bundan başqa, Dədə Qorqud dastanının motivləri əsasında rejissor İradə Gözəlova tamaşa hazırlayır. Vəzifədən getməyim o demək deyil ki, teatrla tam üzülüşəcəyəm. Əlaqələrim bundan sonra da davam edəcək”.

Qeyd edək ki, Əməkdar mədəniyyət işçisi olan M. Şükürov Sumqayıt Dram Teatrına 17 il idi rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR