Astarada əhalinin dispanserizasiyasına həsr olunmuş müşavirə keçirilib - FOTO

Astarada əhalinin dispanserizasiyasına həsr olunmuş müşavirə keçirilib - <span style="color: red;">FOTO
# 14 fevral 2014 17:51 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan RİH-nin başçısı Qəzənfər Ağayev əhalinin tibbi müayinədən keçirilməsinin təfərrüatlarından danışıb.

Ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi barədə prezident İlham Əliyevin sərəncamının vətəndaşların sağlamlığına xidmət edən ən humanist addım kimi dəyərləndirən icra başçısı cari ilin fevral ayının 17-dən may ayının 17-dək əhalinin pulsuz tibbi müayinədən keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirilib ki, Astarada əhalinin tibbi müayinəsinin qrafik əsasında yüksək səviyyədə və mütəşəkkilliklə həyata keçirilməsi məqsədilə RİH-nin sərəncamına əsasən aidiyyatı təşkilatların nümayəndələrindən ibarət komissiya yaradılıb.

Tədbirdə çıxış edən rayon Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Emin Hüseyn əhalinin tibbi müayinədən keçirilməsi məqsədilə xəstəxanada 3 həkim briqadasının yaradıldığını, gün ərzində təqribən 450 nəfərə qədər vətəndaşın müayinədən keçirilməsinin mümkünlüyünü qeyd qeyd edib. Poliklinika şöbəsinin müdiri Fuad Səmədov, gənc həkim Aytən Şiriyeva, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev və başqaları da çıxışlarında ölkə başçısı tərəfindən vətəndaşlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıq eedərək, öhdələrinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR