Məhkumlardan qadağan olunmuş vasitələr götürülüb

Məhkumlardan qadağan olunmuş vasitələr götürülüb
# 19 fevral 2014 15:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına qadağan olunmuş vasitənin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs İbrahim Nadir oğlu Muxtarovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Diamin Elşən oğlu Xəlilovun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman hava təmizləmək üçün nəzərdə tutulan “AİRWİCK” dəmir qutusunun içərisində kustar üsulla gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 206.3.2; 9; 234.4.1; və 234.4.3 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş və hal-hazırda Şirvan Apellyasiya Məhkəməsinin hesabında olan şəxs Asiman Qabil oğlu Məmmədovun saxlandığı kameraya baxış keçirilən zaman döşəmədə düzəldilmiş gizli saxlanc yerindən ona məxsus 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşları tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 126.2.2 və 221.3 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Pənah Əhliman oğlu Babayevin yataq yerinə baxış keçirilən zaman, yastığın altında gizlədilmiş 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd “Nar” nömrə aşkar edilərək götürülüb.


Hər üç fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR