Rüstəm İbrahimbəyov Eldar Namazov və Cəmil Həsənli arasında yaranmış qalmaqala münasibət bildirib

Rüstəm İbrahimbəyov Eldar Namazov və Cəmil Həsənli arasında yaranmış qalmaqala münasibət bildirib
# 14 fevral 2014 12:28 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov “El” Hərəkatının sədri Eldar Namazov və Milli Şuranın sədri Cəmil Həsənli arasında yaranmış qalmaqala münasibət bildirərkən deyib.

R. İbrahimbəyov qeyd edib ki, baş verənlər tərəflər arasında şəxsi münasibətlərdən doğduğundan bu məsələlərə qarışmır: “Sözün düzü, onların mübahisələri ilə tam tanış da deyiləm. Onların ikisinə də böyük hörmətim var, amma Cəmil Həsənli Milli Şuradakı işlərimizi aparan şəxs olduğundan, mən onu dəstəkləyirəm”.

R. İbrahimbəyov E. Namazovun Milli Şuradan istefasına da toxunaraq, bunu təəccüblə qarşıladığını vurğulayıb: “Eldar Namazovun Milli Şuranın yaradılmasında çox böyük zəhməti var. Çox fəal işləyib, böyük işlər görüb. Sonra nə səbəblərə görə Milli Şuradan çıxıbsa, bu onun şəxsi işidir. Onun çıxmağı mənim üçün itkidir, amma səbəbləri özündən soruşmaq lazımdır. Onun Milli Şuradan çıxması məndə təəccüb və təəssüf yaratdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR