KXDR və Cənubi Koreya arasında yüksək səviyyəli danışıqlar başlayıb

KXDR və Cənubi Koreya arasında yüksək səviyyəli danışıqlar başlayıb
# 12 fevral 2014 04:30 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, danışıqlar yerli vaxtla saat 10.05-də (Bakı vaxtı ilə 05.05-də) Pxanmunçjom sərhəd məntəqəsində başlayıb. Cənubi Koreyanı danışıqlarda hökumət yanında Milli Təhlükəsizlik Şurasının katibliyinin rəhbəri Kim Qü Xen, Şimali Koreyanı isə Birləşmiş Cəbhənin rəhbərinin müavini Von Don Yen təmsil edir.

Ötən gün Cənubi Koreya nümayəndəsi açıqlamasında bildirib ki, görüşdə Koreya müharibəsi nəticəsində ayrı düşmüş ailələr arasında görüşün keçirilməsinin detalları müzakirə olunacaq. Bundan başqa, bu cür görüşlərin mütəmadi keçirilməsinə dair məsələ də görüşün gündəliyinə daxil edilib. Bundan əvvəl müharibə nəticəsində ayrı düşmüş ailələr arasında fevralın 20-dən 25-dək görüş təşkil etmək planlaşdırılıb. Ötən ilin payızında tərəflər bu cür görüşlərin keçirməsini planlaşdırsa da, son anda onlar baş tutmayıb.

Qeyd edək ki, münaqişə nəticəsində ayrı düşmüş ailələr arasında ilk görüş 1985-ci ildə baş tutub. Bundan sonra 15 il heç bir görüş keçirilməyib. Görüşlər 2000-ci ildə bərpa olunub və 2010-cu ilədək ümumilikdə keçirilmiş 18 toplantı nəticəsində 3829 ailə bir-biri ilə görüşə bilib, 557 ailə isə videobağlantı vasitəsi ilə aralarında ünsiyyət qura bilib.

KXDR və Cənubi Koreya arasında yüksək səviyyəli danışıqlar sonuncu dəfə 2007-ci ildə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR