Domodedovo Hava Limanının aviaşirkətlər üzrə keçirdiyi müsabiqənin qalibləri arasında AZAL da var

Domodedovo Hava Limanının aviaşirkətlər üzrə keçirdiyi müsabiqənin qalibləri arasında AZAL da var
# 13 mart 2014 08:25 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Moskvanın Domodedovo Hava Limanı bu ilin fevral ayında aviaşirkətlərin uçuşların dəqiq yerinə yetirilməsinə görə keçirdiyi müsabiqənin nəticələrini açıqlayıb.

APA-nın hava limanının saytına istinadən verdiyi məlumata görə, bu müsabiqədə Rusiyanın «S7» aviaşirkəti qalib elan olunub. Müsabiqənin qalibləri arasında «Azərbaycan Hava Yolları» (AZAL) aviaşirkəti də var. AZAL ilə birgə müxtəlif kateqoriyalar üzrə qaliblərin sırasında «İjavia», «Lufthansa», «Aegean Airlines» və digərləri yer alıb.

Məlumatda qeyd olunur ki, xarici şirkətlər arasında aviareyslərin vaxtında yerinə yetirilməsinə görə Almaniyanın «Lufthansa» şirkəti qalib elan olunub (157 dəqiq uçuş), AZAL isə fevralda 53 dəqiq uçuş yerinə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR