Qulu Novruzov: “Müəllim hazırlığını təkmilləşdirmək üçün yeni araşdırmalar başlanacaq”

Qulu Novruzov: “Müəllim hazırlığını təkmilləşdirmək üçün yeni araşdırmalar başlanacaq”
# 07 may 2014 09:27 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. "Müəllim hazırlığının səviyyəsi ilə bağlı iradlar var". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov deyib.

O qeyd edib ki, müəllim hazırlığının məzmununu təkmilləşdirmək üçün yeni araşdırmalar başlanacaq: "Təhsil Problemləri İnstitutu yeni texnologiyaların hazırlanması, tədrisin metodikasının təkmilləşdirilməsi ilə bağlı müəyyən addımlar atacaq. Eyni zamanda yeni təsdiq olunmuş strukturda yaradılan dərslik və dərs vəsaitlərinin metodologiyası, müəllim hazırlığının kurrikulum şöbəsinin də yaradılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR